"Urmiya gölü bərpa oluna bilər"

20 Oktyabr 2025 16:10

İranın su ehtiyatları və ətraf mühit üzrə eksperti Möhsün Xansəri bildirib ki, uzun illərdir quruma təhlükəsi ilə üzləşən Urmiya gölünün bərpası hələ də mümkündür.

Milli.Az xəbər verir ki, Xansəri bu fikirləri ISNA agentliyinə verdiyi müsahibədə səsləndirib.

Onun sözlərinə görə, əgər iki əsas strateji sənəd icra olunarsa və hər il gölə su payı ayrılarsa, təxminən 10 il ərzində Urmiya gölünü sabit vəziyyətə gətirmək mümkündür.

Qeyd edək ki, Həsən Ruhani hökuməti dövründə gölün bərpası üçün 27 tədbirdən ibarət plan hazırlanıb və bu tədbirlərin davam etdirilməsi vacib sayılır.

Ekspert əlavə edib ki, hazırda gölün dirçəlişi təkcə mühəndis həllərdən deyil, effektiv idarəçilik və proqram xarakterli tədbirlərin həyata keçirilməsindən asılıdır.

Asya
Milli.Az