Bu şirkət rəsmən Adnan Əhmədzadədən alındı

20 Oktyabr 2025 15:40

Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş "Oilmar Shipping and Chartering DMCC" şirkətindəki bütün payını itirib.

Milli.Az xəbər verir ki, Dubayda fəaliyyət göstərən dəniz yanacağı ticarəti şirkətinin mülkiyyət hüquqları artıq tam şəkildə "Oilmar Shipping and Chartering DMCC"nin icraçı komandasına keçib və satınalma prosesi başa çatıb.

Məlumata görə, şirkət rəhbərliyi idarəetməni daha da gücləndirmək məqsədilə bu addımı atıb. Bu çərçivədə Adnan Əhmədzadənin şirkətdə idarəetmə və ya ticarət fəaliyyətində iştirak etmədiyi, yalnız səssiz investor kimi qiymətləndirildiyi bildirilib.

Qeyd olunur ki, daha əvvəl yayılan məlumatlarda "Oilmar Shipping and Chartering DMCC"nin bütün səhmlərinin şirkətin baş direktoru Yusif Məmmədov tərəfindən alındığı qeyd olunmuşdu. (teleqraf)

Milli.Az