71 yaşlı kişi xəstəxanaya müalicəyə getdi, ikinci mərtəbədən yıxılıb öldü

20 Oktyabr 2025 15:54

Gəncədə xəstəxanada bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın travmatologiya şöbəsində qeydə alınıb.

Şöbədə müalicə olunan 1954-cü il təvəllüdlü Z.Rzayev ikinci mərtəbədən yerə yıxılıb.

Xəsarət alan şəxsə tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az