Sertifikasiya imtahanının müsahibə mərhələsinin nəticələri AÇIQLANDI

20 Oktyabr 2025 17:51

Sertifikasiya prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri elan edilib.

Milli.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Milli.Az