ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hindistan Rusiyadan neft idxalını dayandırmasa, bu ölkəyə qarşı yüksək rüsumlar tətbiq olunacaq.
Milli.Az xəbər verir ki, Tramp təyyarədə jurnalistlərə açıqlamasında Hindistanın Baş naziri Narendra Modi ilə bu məsələni müzakirə etdiyini deyib.
Onun sözlərinə görə, əgər Hindistan Rusiya ilə neft ticarətini davam etdirmək istəyirsə, bunun əvəzində böyük rüsumlar ödəməli olacaq. Tramp daha əvvəl Modi-nin Rusiyadan neft almayacağına dair söz verdiyini də xatırladıb.
Asya
Milli.Az