Goranboyda kafedə kütləvi dava - Qardaş qardaşı bıçaqladı

20 Oktyabr 2025 12:20

Goranboy sakinləri bıçaqlanıb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində yerləşən kafedə baş verib.

Kənd sakini 1997-ci il təvəllüdlü Alışov Elvin Elyar oğlu kənddə yerləşən kafedə münaqişə zəminində qardaşı 1993-cü il təvəllüdlü Alışov Eltun Elyar oğluna, həmkəndliləri 1973-cü il təvəllüdlü Nağıyev Zaur Fikrət oğluna və 1976-cı il təvəllüdlü Quliyev Elçin Arif oğluna bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az