Bu ilin səkkiz ayında Azərbaycandan xarici ölkələrə nə qədər qurbağa ayağı ixrac edilib? - AÇIQLAMA

20 Oktyabr 2025 09:59

Cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib

Bildirilib ki, həmçinin, İtaliya və Fransa respublikalarına qurbağa ayağı məhsulu ixrac olunub:

"Dövlət Statistika Komitəsinin 8 aylıq hesabatına əsasən, Fransaya 4.81 ton, İtaliyaya 13.83 ton, İspaniyaya 0.17 ton qurbağa ayağı ixrac edilib".

Vurğulanıb ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə qida sahəsində idxal-ixrac əməliyyatları zamanı qida təhlükəsizliyi tələblərinin və istehlakçı hüquqlarının qorunması ilə bağlı zəruri tədbirlər davam etdirir.

Milli.Az