Dünyanın ən gəlirli şirkətləri məlum oldu

30 İyul 2012 17:15
ABŞ-ın nüfuzlu "Forbes" jurnalı dünyanın ən gəlirli şirkətlərinin siyahısını dərc edib.

APA-nın məlumatına görə, Rusiyanın "Qazprom" şirkəti siyahıda ilk yerdə qərarlaşıb. 2011-ci ildə "Qazprom"un gəliri 44 milyard 459 milyon ABŞ dolları olub. Siyahıda ikinci yerdə ABŞ-ın "Exxon Mobil" şirkəti təmsil olunur. Ötən il "Exxon Mobil"in gəliri 41,6 milyard ABŞ dolları olub. Siyahıda üçüncü yeri tutan Çinin "İndustrial and Commercial Bank of Chine" şirkətinin ("Çin Sənaye və Kommersiya Bankı") gəliri isə 32 milyard 214 milyon ABŞ dolları təşkil edib.

Milli.Az