"Barselona" Superliqadan çıxdı - AÇIQLAMA

20 Oktyabr 2025 12:43

İspaniyanın "Barselona" futbol klubu Super Liqa layihəsindən çəkilib.

Milli.Az -ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə klubun prezidenti Joan Laporta jurnalistlərə açıqlama verib:

"Səbəblər sadədir. Biz UEFA ilə Super Liqa arasında əlaqə yaratmaq üzərində işləyirik. Çempionlar Liqasının formatındakı dəyişiklik turnirin ümumi formasını yaxşılaşdırıb, bu da gəlirin 20% artması deməkdir. Biz Super Liqa layihəsini dəstəkləmişik, lakin müsbət dinamikanı UEFA çərçivəsində, Lig təşkilatçılığı və UEFA-nın profesional təşkilatçılığı istisna olmaqla görürük. UEFA tərəfindən qəbul olunub".

Qeyd edək ki, Super Liqa layihəsi 19 aprel 2021-ci ildə Avropanın 12 aparıcı klubu tərəfindən açıqlanıb.Hazırda bu layihədə yalnız Real Madrid qalıb.

Milli.Az