Luvr muzeyində baş verən oğurluğun görüntüləri - VİDEO

20 Oktyabr 2025 09:40

Fransanın BFMTV telekanalı Luvr muzeyindəki oğurluğun görüntülərini yayıb.

Milli.Az xəbər verir ki, videoda özünü muzey işçisi kimi təqdim edən naməlum şəxsin diqqəti cəlb etmədən sakitcə eksponatların olduğu yerə daxil olması əks olunub.

Hadisə muzeyin Apollon Qalereyasında çoxsaylı ziyarətçilərin gözü qarşısında baş verib. Cinayətkarlar muzeyə daxil olmaq üçün avtomatik tikinti pilləkənindən istifadə ediblər.

Məlum olub ki, oğrular Sene çayı sahilindən, hazırda təmir işləri aparılan ərazidən muzeyə daxil olublar.

Onlar Apollon qalereyasındakı zala birbaşa giriş əldə etmək üçün yük liftindən istifadə ediblər.

Milli.Az