Bu sosial şəbəkədə maraqlı YENİLİK

20 Oktyabr 2025 09:17

İlon Maskın sahibi olduğu "X" sosial şəbəkəsi istifadəçi adlarının ticarəti üçün yeni platforma istifadəyə verməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, bu xidmət artıq "Telegram"da mövcud olan sistemə bənzəyir.

Yeni platforma istifadəçilərə əvvəl alınıb, lakin hazırda aktiv olmayan adları əldə etmək imkanı verəcək.

Hazırda bu funksiya yalnız "Premium Businesses Full Access" abunəçiləri üçün əlçatandır. Gələcəkdə isə "Premium+" istifadəçiləri də əlavə ödəniş etmədən bu xidmətdən yararlana biləcəklər.

Asya
Milli.Az