Honq-Konq Beynəlxalq Hava Limanında "Boeing 747" tipli yük təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq yerüstü xidmət maşını ilə toqquşub və qismən dənizə düşüb.
Milli.Az xəbər verir ki, "South China Morning Post"un məlumatına görə, hadisə zamanı xidməti maşında olan iki nəfərdən biri həlak olub, digəri isə yaralanaraq xəstəxanaya çatdırılıb.
Təyyarənin ekipaj üzvləri isə xəsarət almayıb.
Qəza səbəbindən hava limanının şimal uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb. Qeyd edilir ki, təyyarə Dubaydan Honq-Konqa uçuş həyata keçirirmiş.
Kənan
Milli.Az