MHP-nin (Milliyyətçi Hərəkat Partiyası) sədri Dövlət Baxçalı ŞKTC-keçirilən prezident seçkilərinin nəticələrinə sərt reaksiya verib. O, ŞKTC parlamentinin toplanaraq seçki nəticələrini qəbul etmədiyini elan etməli olduğunu və adanın Türkiyəyə birləşməsi üçün qərar verməli olduğunu bildirib.
ŞKTC-də keçirilən prezident seçkisində CTP lideri Tufan Erhürman səs çoxluğu ilə qalib gəlib. 777 seçki məntəqəsindən 580-nin nəticələrinə görə Erhürman birinci yerə çıxıb.
Baxçalı: "Bu nəticə Kipr türklərinin iradəsini əks etdirmir"
Dövlət Baxçalı açıqlamasında bu sözləri deyib: "Seçki çox aşağı aktivliklə baş tutub. Bu az saylı iştirakla Kipr türklərinin taleyi təmsil oluna bilməz. Nəticə elan edilsə belə, ŞKTC parlamenti təcili toplanmalı, bu nəticələri və federasiya yolunu rədd etdiyini açıqlamalı, Türkiyə Cümhuriyyətinə birləşmə qərarı verməlidir."
Seçkilərdə 7 namizəd iştirak edib:
Osman Zorba (Kipr Sosialist Partiyası)
Tufan Erhürman (Cumhuriyetçi Türk Partisi)
Arif Salih Kırdağ (Müstəqil)
Ahmet Boran (Müstəqil)
Mehmet Hasgüler (Müstəqil)
İbrahim Yazıcı (Müstəqil)
Hüseyin Gürlek (Müstəqil)
Ersin Tatar (Müstəqil, hazırkı prezident)
Lalə Qüdrətova
Milli.Az