Şimali Kiprin yeni prezidenti - Tufan Erhürman kimdir? - dosye

19 Oktyabr 2025 21:55

ŞKTC-də keçirilən prezident seçkilərinin ilk turunda səslərin hesablanması başa çatıb. Rəsmi olmayan nəticələrə əsasən, Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman seçkilərdə 62,76% səs toplayaraq ölkənin yeni prezidenti seçilib. Müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,81% səs əldə edib.

Tufan Erhürman 1970-ci ildə Lefkoşa, ŞKTC-də dünyaya gəlib. 1988-ci ildə Ankara Universiteti Hüquq Fakültəsinə daxil olub, həm magistr, həm də doktorantura təhsilini orada tamamlayıb.

1995-2001-ci illərdə Ankara Universiteti, ODTÜ və Hacettepe Universitetində dövlət hüququ üzrə dərs deyib.

2001-2006 və 2008-2013-cü illərdə isə Doğu Akdeniz Universitetində dərs deməyə davam edib. 2006-2008-ci illərdə Yakın Doğu Universitetində müəllimlik edib.

1999-2004-cü illərdə Türkiyə Ədliyyə Nazirliyində çalışıb və Ombudsmanlıq sisteminin yaradılması üçün fəaliyyət göstərib.

2008-2010-ci illərdə prezident Mehmet Ali Talatla birlikdə Kipr probleminin həlli üzrə danışıqlarda iştirak edib.

2013-cü ildə Lefkoşa dairəsindən deputat seçilib.

Konstitusiyada 23 maddəlik dəyişiklik paketi üzərində işləyib, lakin 2014 referendumunda təklif rədd edilib.

2016-cı ildə CTP-nin və ana müxalifətin lideri seçilib.

2018-ci ildə partiyası parlamentdə yer itirsə də, yenidən deputat olub.

2018-2019-cu illərdə dörd partiyalı koalisiya hökumətinin baş naziri kimi çalışıb. 22 may 2019-da postu Ersin Tatara təhvil verib.

İngilis dilini yüksək səviyyədə bilir. Evlidir və bir övladı var.

Lalə Qüdrətova
Milli.Az