Gəncədə ana və 3 övladı dəm qazından zəhərləndi

19 Oktyabr 2025 21:28

Gəncədə bir ailənin dördü üzvü dəm qazından zəhərlənib.

Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 1989-cu il təvəllüdlü Əminə Səmədova və onun üç övladı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Qadın başqa tibb müəssisəsinə azyaşlılar isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib.

Milli.Az