Şimali Kiprin yeni prezidenti seçildi - YENİLƏNİB

19 Oktyabr 2025 21:41

ŞKTC-də keçirilən prezident seçkilərinin ilk turunda səslərin hesablanması başa çatıb. Rəsmi olmayan nəticələrə əsasən, Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman seçkilərdə 62,76% səs toplayaraq ölkənin yeni prezidenti seçilib. Müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,81% səs əldə edib.

Səsvermə prosesi ŞKTC  Ali Seçki Qurumunun nəzarəti altında həyata keçirilib və seçkilərdə iştirak faizi 64,87% olaraq qeydə alınıb.

ŞKTC Ali Seçki Qurumunun sədri Bertan Özerdağ, verdiyi açıqlamada Tufan Erhürmanın rəsmi olmayan nəticələrə görə seçkilərin qalibi olduğunu bildirib.

Erhürman nəticələrdən sonra verdiyi bəyanatda bunları söyləyib:

"Xarici siyasətlə bağlı bütün məsuliyyətlər Türkiyə ilə məsləhətləşmə içində həyata keçiriləcək. Heç kimin bundan şübhəsi olmasın. Bu seçkinin uduzanı yoxdur."

Lalə Qüdrətova
Milli.Az