“Zirə”nin mövsümdə ilk məğlubiyyəti...

19 Oktyabr 2025 18:47

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulacaq.

Milli.Az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilir.

Əvvəlcə "Sabah" "Zirə"ni qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. Bu, cari mövsümdə Premyer Liqada uduzmayan yeganə komanda - "Zirə"nin ilk məğlubiyyəti olub.

Günün və turun son matçında isə "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edəcək.  

19 oktyabr (bazar) 

16:00."Sabah" - "Zirə" - 3:0 

Qol: Aron Maluda, 42, Velko Simiç, 45+2, 76
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
"Bank Respublika Arena"

Milli.Az