İmkanlı sürücülər daha aqressiv davranır – Alimlərdən xəbərdarlıq

20 Oktyabr 2025 04:04

Aparılan yeni tədqiqatlara görə, yollarda aqressiv davranışlara daha çox maddi cəhətdən imkanlı şəxslər meyillidir. Genişmiqyaslı araşdırmalar sübut edib ki, aşağı gəlirli sürücülər deyil, illik gəliri 100 min dollardan çox olan sürücülər daha tez-tez yol hərəkətində aqressiya nümayiş etdirirlər.

Bu barədə Milli.Az xarici mediaya istinadla məlumat yayıb.

Maddi cəhətdən imkanlı sürücülər, xüsusilə də:

digər avtomobilləri ötməyə,

qarşısını kəsməyə,

və ümumi hərəkəti idarə etməyə çalışmağa daha çox meyllidirlər.

Tədqiqat zamanı aqressiv davranışla avtomobilin növü arasında da maraqlı əlaqələr ortaya çıxıb.

"Yol qəzəbi"nin portreti: Gənc və elektroavtomobil idarə edən sürücü

Araşdırma həmçinin aqressiv sürücülərin ortaq xüsusiyyətlərini də müəyyən edib:

Yaş: Gənclər yaşlılara nisbətən daha aqressivdir.
Cins: Kişilər demək olar ki, bütün aqressiv davranış formalarında qadınlara nisbətən daha üstünlük təşkil edir.
Avtomobil növü: Elektroavtomobil idarə edənlər daxili yanma mühərrikli avtomobil sürücülərinə nisbətən yolda daha çox əsəbi və aqressiv davranış sərgiləyirlər.

Bununla belə, maraqlı məqam ondan ibarətdir ki, imkanlı sürücülər fiziki zorakılıq və birbaşa təhdid kimi hallarda daha təmkinli davranmağa meyllidirlər.

Kənan
Milli.Az