Norveçin tanınmış yazıçısı Roy Yakobsen 70 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Norveçin Baş naziri Yonas Gar Stere sosial media hesabında paylaşıb.
Baş nazir yerli mediaya verdiyi açıqlamada Yakobsenin Norveç ədəbiyyatında mühüm yeri olduğunu vurğulayıb:
"Roy Yakobsen ədəbiyyatımızın ən böyük hekayəçilərindən biri idi. Onun əsərlərində biz sahil həyatını, fəhlə sinfini, müharibəni - amma hər şeydən əvvəl insanı görürük".
Roy Yakobsen ədəbi fəaliyyətinə 1982-ci ildə başlayıb. İndiyədək onun 25-dən çox kitabı nəşr olunub və əsərləri 40-dan çox dilə tərcümə edilib. Yazıçının ən məşhur əsərləri arasında "Ləyaqətsizlər", "Ağ dəniz" və "Görünməzlər" romanları yer alır.
O, 1994-cü ildə "Fəth edənlər" romanına görə İvar Lo-Johansson mükafatına, 2017-ci ildə isə "Görünməzlər" əsəri ilə Beynəlxalq Buker mükafatına namizəd olub.
Kənan
Milli.Az