Niyaməddin Musayevdən mahnılarını ifa edən gənclərə şərt

19 Oktyabr 2025 11:07

Xalq artisti Niyaməddin Musayev mahnılarını ifa edən gənc ifaçılara çağırış edib.

Milli.Az xəbər verir ki, sənətçi "Şou MTV"yə verdiyi müsahibədə öz mahnılarının düzgün ifa olunması ilə bağlı fikir bildirib.

"Bunlar tarixi mahnılardır. Onları zədələməsinlər. Gənc müğənnilər mahnının orijinalına qulaq assınlar. Əslini dinləmirlər, amma ondan sonra çıxan versiyalara qulaq asırlar. Bəlamız elə buradadır. İstərdim ki, əgər mənim mahnılarımı oxuyurlarsa, düzgün ifa etsinlər", - deyə Xalq artisti bildirib.

Kənan
Milli.Az