Göygöldə ər və arvadı maşın vurub

19 Oktyabr 2025 09:28

Göygöldə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1950-ci il təvəllüdlü N.Mirzəyevi və onun həyat yoldaşını vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az