“Rəfah” bu tarixdə açılacaq

18 Oktyabr 2025 22:19

Qəzza zolağı ilə Misir sərhədində yerləşən "Rəfah" sərhəd-keçid məntəqəsinin oktyabrın 20-də açılması planlaşdırılır.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Fələstinin Qahirədəki səfirliyi yayıb.

Məlumata əsasən, "Rəfah" sərhəd-keçid məntəqəsinə Qəzza tərəfindən Fələstin Milli Administrasiyasının (FMA) təhlükəsizlik qüvvələri və Avropa İttifaqının xüsusi missiyası nəzarət edəcək.

Milli.Az