Gündəlik həyatda milyonlarla insan çay və qəhvəni qaynar halda içir, lakin mütəxəssislər bu vərdişin düşündüyümüzdən daha təhlükəli olduğunu bildirir. Yeni araşdırmalar göstərib ki, içkiləri ağzı yandıracaq dərəcədə isti içmək, qida borusundakı hüceyrələrə zərər verərək xərçəng riskini kəskin artırır.
Milli.Az xəbər verir ki, Birləşmiş Krallığın Milli Xərçəng İnstitutu tərəfindən aparılan geniş tədqiqatda 500 mindən çox insanın məlumatları analiz edilib və nəticələr belə olub:
Gündə 4 fincan çox isti içki: risk 2,5 dəfə artır
6 fincan: risk 4,8 dəfə artır
8 fincan və daha çox: risk 5,6 dəfə yüksəlir
Hətta tam qaynar olmasa belə, "isti" içkilərdə belə risk 1,6 - 2,5 dəfə artır.
Təhlükəli temperatur: 65 dərəcə və yuxarı
Mütəxəssislər bildirir ki, 65°C-dən yuxarı olan içkilər "insan üçün potensial kanserogen" hesab edilir.
Çayın dəmləmə temperaturu: 80-100°C
Qəhvənin dəmləmə temperaturu: 90-96°C
Təhlükəsiz içmə temperaturu: 48-60°C
Western Sydney Universitetinin Qastroenteroloq mütəxəssisi Doç. Dr. Vincent Ho bildirir: "Çox isti içkilər qida borusunun selikli qişasını yandıraraq zədələyə bilər. Bu zədələnmə iltihaba və zamanla genetik dəyişikliklərə səbəb olaraq xərçəng riskini artırır."
Lalə Qüdrətova
Milli.Az