18:22
Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (kişi cinsli) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verib.
Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əziyi diaqnozları təyin olunub.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.
1992-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.
------------
16:34
Qusarda yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə Qusar-Şahdağ avtomobil yolunda qeydə alınıb.
Belə ki, "Renault" markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb.
Nəticədə Ağdam rayon sakini, 1992-ci il təvəllüdlü E. Əsgərov, Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü A. Cəfərzadə, Ucar rayon sakini, 2004-cü il təvəllüdlü R. Hüseynov, Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü N. Məmmədov və Qusar rayon sakini, 1994-cü il təvəllüdlü N. Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az