İstirahət günü hava necə olacaq?

18 Oktyabr 2025 12:34

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +13 dərəcədən +16 dərəcəyədək, gündüz +19 dərəcədən +23 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +12 dərəcədən +16 dərəcəyədək, gündüz +20 dərəcədən +24 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən +4 dərəcəyədək, gündüz +5 dərəcədən +10 dərəcəyədək olacaq.

Milli.Az