Prezident: Azərbaycanla Qazaxıstan arasında siyasi əlaqələr qarşılıqlı etimad ilə xarakterizə olunur

18 Oktyabr 2025 11:45

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur.

Milli.Az xəbər verir ki, bu sözləri Prezidenti İlham Əliyev Qazaxıstanın "Kazinforma" agentliyinə müsahibəsində söyləyib.

Dövlətimizin başçısı qeyd edib: "Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq".

Milli.Az