"Pusu"nun aktrisasından qızlarının qanında narkotik aşkarlanmasına reaksiya - FOTO

18 Oktyabr 2025 13:13

Türkiyədə aparılan narkotik əməliyyatı məşhur simalar arasında böyük rezonans doğurub.

Milli.Az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun 8 oktyabrda başladığı istintaq çərçivəsində 19 tanınmış şəxsdən qan və saç nümunələri götürülüb. Testlərin nəticəsinə görə, 8 nəfərin narkotik maddə istifadə nəticələri müsbət çıxıb.

Müsbət nəticə əldə olunan adlar arasında aktrisa və müğənni Defne Samyelinin qızları da var.

Deren və Derin Talu birgə açıqlama yayıb:

"Şokdayıq. Heç vaxt narkotik istifadə etməmişik. Nəticələr əsla doğru deyil. Yalnız qanımda çıxan sertralin (antidepresan) mənim həkim nəzarəti ilə qəbul etdiyim dərmandır. Adımızın bu şəkildə ləkələnməsinə icazə verməyəcəyik. Müstəqil klinikada testləri yenidən etdirəcəyik."

Aktrisa və aparıcı Defne Samyeli qızlarının qanında narkotik maddə tapılmasına sərt reaksiya verib:

"Mən təkcə narkotikin deyil, siqaretin belə qadağan edilməsini istəyən biriyəm. Bu testlərin necə aparıldığı və nəticələrin necə mətbuata sızdığı müəmmalıdır. Dosyada gizlilik qərarı olduğu üçün bizə heç bir məlumat verilmir. Bu səbəbdən nə əməliyyata, nə də Adli Tıp Kurumunun nəticələrinə güvənirik. Qızlarım üçün müstəqil xəstəxanada yenidən analizlər aparacağıq."

Qeyd edək ki, test nəticələri Pozitiv olan məşhurlar aşağıdakılardır.

Dilan Polat
Derin Talu
Berrak Tüzünataç
Deren Talu
Birce Akalay
Kubilay Aka
Kaan Yıldırım
Metin Akdülger

Qanında narkotik maddəyə rastlanmayan məşhurlar:

Duygu Özaslan, Demet Evgar, Mert Yazıcıoğlu, Zeynep Aral, Ceren Moray, Hadise, Özge Özpirinçci

İsmayıl
Milli.Az