Qrip olmaq istəməyənlər bunları etsin

18 Oktyabr 2025 12:35

Payız və qış ayları qrip, soyuqdəymə kimi xəstəliklərlə yadda qalır. Çox vaxt xəstəliklərlə mübarizə aparmaqdan payızın və qışın gözəlliklərini nəzərdən qaçırırıq. Ancaq qrip və soyuqdəymədən qorunmaq elə də çətin deyil.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sadəcə qida rasionunuza bir neçə faydalı qidanı daxil edərək soyuq ayları daha sağlam keçirə bilərsiniz.

Qırmızı bibər

Antioksidant qaynağıdır. İmmunitet sistemini təmir edir. Xəstəliklərə qarşı bədənin müqavimətini qüvvətləndirir. Xüsusilə, çiy şəkildə salatlara əlavə edildikdə faydalı olur.

Sarımsaq və soğan

Bu iki tərəvəzin də funksiyası eynidir. Xüsusilə, qripə qarşı orqanizmin müqavimətini inanılmaz dərəcədə artırırlar. Çiy şəkildə yemək daha faydalıdır.

Quru paxla

İmmunitet sistemini gücləndirən quru paxla əsl lif anbarıdır. Həftədə 1-2 dəfə quru paxla yeməyi yesəniz, qrip sizə yaxınlaşa bilməz.

Kələm

Antioksidant qaynağı olan kələm, immuniteti sürətlə yüksəldir və qüvvətləndirir. Kələmi çox bişirmək olmaz, az bişəndə vitaminlərini daha yaxşı saxlayır. Buna görə də orqanizm üçün daha faydalı olur.

Çiy kələm orqanizmi qripdən qoruyur.

Brokoli

Tərkibi C vitamini ilə zəngindir. İmmunitet sistemini gücləndirir.

Turp

Turp təbii bir antioksidant və antibiotikdir. Xüsusilə qrip və soyuqdəymənin qarşısını alır.

Milli.Az