Əməliyyat otaqlarında həkimlərin yaşıl və ya mavi geyimlər geyinməsinin əsas səbəbi həm göz fiziologiyası, həm də praktik amillərlə bağlıdır.
Milli.Az xəbər verir ki, 1914-cü ildə kanadalı həkim Herbert Robertson bu rənglərin istifadəsini tövsiyə etmişdi. Onun fikrincə, cərrah uzun müddət qanla işlədikdən sonra ağ geyimli birisinə baxdıqda, gözündə yaşıl-bənövşəyi ləkələr yaranır və bu, görməni çətinləşdirir. Yaşıl və mavi isə rəng dairəsində qırmızının əksində yerləşdiyindən, bu effektin qarşısını alır və göz yorğunluğunu azaldır.
Digər səbəb isə psixoloji və praktikdir: bu rənglər üzərində qan ləkələri ağ rəngdə olduğu qədər nəzərə çarpmır, bu da əməliyyat zamanı tibbi personal üçün daha rahat bir mühit yaradır.
Asya
Milli.Az