Hamiləlik testinin səhv göstərdiyi saatlar açıqlandı

5 Dekabr 2025 23:00

Hamiləlik testinin hansı vaxtda edilməsi nəticənin dəqiqliyinə təsir edir.

Milli.Az xəbər verir ki, bunu rusiyalı ginekoloq Yuliya Lobaçeva deyib. O bildirib ki, testin axşam edilməsi yalnış nəticə ehtimalını artıra bilər.

"Mayalanmadan sonra döl yumurtası uşaqlığın divarına 6 ilə 12 gün arasında yerləşir. Bu mərhələdən sonra xorion adlı strukturlar yaranır və orada XGÇ hormonu ifraz olunur. Məhz bu hormon test zolağındakı göstərici ilə reaksiya verir.

Lobaçeva bildirib ki, səhər saatlarında verilən sidik daha konsentrasiyalı olduğuna görə test üçün ən uyğun vaxt sayılır. Gün ərzində çox su içilməsi isə sidikdəki XGÇ miqdarını azaldaraq nəticəyə təsir edə bilər.

Həkimin sözlərinə görə, nəticənin yalnış çıxmasının digər səbəbləri də var. Testdən istifadə qaydasına əməl etməmək, zolağı düzgün müddətdə saxlamamaq, onu lazımi dərinliyə salmamaq və ya vaxtı keçmiş testdən istifadə etmək nəticələri çaşdıra bilər.

Bəzi dərmanların qəbulu da göstəriciləri dəyişə bilər. XGÇ hormonu qəbul edən şəxslərdə test yalnış müsbət nəticə verə bilər. Bundan əlavə bəzi xəstəliklər də bu hormonu yüksək göstərə bilir.

Lobaçeva qeyd edib ki, hamiləliyi müəyyən etməyin ən dəqiq yolu XGÇ üçün qan analizi və daha sonra aparılan ultrasəs müayinəsidir.

Fuad
Milli.Az