Qaxda dabaq xəstəliyi yayılmağa davam edir. Əmbərçay kənd sakinləri dərmanların təsirsiz olduğunu və heyvanların qida məhsullarından məhrum qaldıqlarını bildiriblər.
Milli.Az xəbər verir ki, xəstəliyin peyvənd olunmuş heyvanlara və xırdabuynuzlulara da keçdiyi deyilir.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirib ki, vəziyyətin stabilləşməsi üçün tədbirlər görülür.
25 oktyabr 2025-ci ildən etibarən heyvan bazarlarında mərhələli şəkildə məhdudiyyətlər tətbiq olunacaq, dezinfeksiya işləri aparılacaq. Sağlamlaşdırma prosesi tamamlandıqdan sonra bazarların fəaliyyəti bərpa ediləcək.
Asya
Milli.Az