"ChatGPT" sayəsində 100 min dollar qazandı

18 Oktyabr 2025 11:27

ABŞ-də Temmi Karvi adlı qadın "ChatGPT"nin seçdiyi nömrələrlə lotereyada 100 min dollar qazanıb.

Milli.Az xəbər verir ki, Miçiqan sakini süni intellektə etibar edərək ondan lotereya nömrələri istədiyini bildirib. Nəticədə qalib gəlib və həyat yoldaşı ilə birlikdə şoka düşüb.

Karvi uduşu ipotekanı ödəməyə və əmanətlərini artırmağa sərf etməyi planlaşdırır. Rəsmilərin sözlərinə görə, bu, iştirakçının uduşda süni intellektdən istifadə etdiyini açıq etiraf etdiyi ilk haldır. 

Asya
Milli.Az