"Atamın yanından keçmişəm, tanımamışam"

18 Oktyabr 2025 17:11

Müğənni Vəfa Şərifova efirlərin birində maraqlı etiraf edib.

Milli.Az xəbər verir ki, ifaçı atasını heç vaxt görmədiyini bildirib.

O, atası ilə ilk rastlaşmasını belə xatırlayıb:

"Atamla heç vaxt üzbə-üz gəlməmişəm. Bir dəfə olub ki, yanından keçmişəm. Onda da, bilməmişəm, ki, atamdır, heç tanımamışam. Sonradan bilmişəm ki, odur. Bu gün onu görəm nə hisslər keçirdərəm bilmirəm, çünki bu hissi heç vaxt yaşamamışam" - deyə sənətçi açıqlama verib.

Musa
Milli.Az