"Qarabağ"ın qapıçısı "Borussiya Dortmund"dan təklif alıb? - AÇIQLAMA

18 Oktyabr 2025 00:25

"Qarabağ" klubunun polşalı qapıçısı Mateuş Koxalski Almaniyanın "Borussiya Dortmund" klubundan təklif alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, 25 yaşlı qolkiper xəbəri nə təkzib, nə də təsdiq edib:

"Mediada bu barədə xəbərlər çıxıb. Amma mən bunun doğru, ya da yanlış olduğunu deyə bilməyəcəyəm. Təəssüf ki, bu mövzuda danışa bilməyəcəyəm".

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından "Qarabağ" klubunun şərəfini qoruyur.

Milli.Az