Təbii qazı tarixə qovuşduran ixtira: Ev hamam kimi isinir, xərc yarıbayarı azalır - FOTO

18 Oktyabr 2025 08:41

Qış mövsümünün başlaması ilə kombilərin istifadəsi artıb. Təbii qaz xərclərini azaltmaq istəyənlər alternativ üsullar axtarmağa başlayıb. Bu isə 2017-ci ildə təbii qazsız işləyən kombi sistemini yenidən gündəmə gətirib. Söhbət Ankarada bir ixtiraçı tərəfindən hazırlanmış xüsusi isitmə sistemindən gedir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ankaralı ixtiraçı Bülent Çakı tərəfindən hazırlanmış bu sistemdə fosil yanacaqdan istifadə edilmir. Elektrik yalnız cihazın mühərrikini işlətmək üçün sərf olunur - suyun isinməsi üçün birbaşa enerji xərclənmir. Bunun əvəzinə sistemə daxil olan suyun konyalent quruluşu dəyişdirilərək kimyəvi reaksiya yaradılır və nəticədə yüksək istilik enerjisi ortaya çıxır.

Yaranan istilik sayəsində evin qızdırıcı xəttindəki su 50-55 °C-ə qədər qızdırılır. Təbii qaz istifadə olunmadığı üçün xərclər əhəmiyyətli dərəcədə azalır.

Sistem baca qazı yaratmadığı üçün karbon emissiyası sıfırdır və zəhərlənmə riski mövcud deyil. Gələcək mərhələdə cihazın yaratdığı istilik enerjisi turbindən keçirilməklə elektrik enerjisinə çevriləcək. Beləliklə, cihaz öz enerji ehtiyacını ödəməklə yanaşı, artıq qalan enerjini də şəbəkəyə ötürə biləcək.

2017-ci ildə Bülent Çakının verdiyi məlumata görə, həmin dövrdə 100 kvadratmetrlik izolyasiyalı bir evdə qaz sərfi 400 lirə civarında idi. Yeni sistem isə bu xərcin yarıya enə biləcəyini vəd edir.

Lalə Qüdrətova
Milli.Az