Tramp: “Rusiya palçıqda ilişib qaldı”

17 Oktyabr 2025 23:11

ABŞ Prezidenti Donald Trampdan Rusiyanın hərbi gücü barədə fikirləri soruşulub.

Milli.Az xəbər verir ki, jurnalistlər ona Rusiyanın hələ də "kağız pələngi" - yəni göründüyü qədər güclü olmayan bir qüvvə olub-olmadığını soruşublar.

Tramp bu suala cavabında deyib ki, əgər Rusiya tankları palçıqda ilişib qalmasaydı, Putin müharibəni bir həftəyə qazana bilərdi.

"Müharibədə şans amili də çox böyük rol oynayır," - Tramp əlavə edib.

Lalə Qüdrətova
Milli.Az