Aynur Dadaşovanın evində xeyir iş olacaq

17 Oktyabr 2025 20:14

Müğənni Aynur Dadaşovanın evində xeyir iş olacaq.

Milli.Az xəbər verir ki, sənətçi dünyasını dəyişən bacısının qızına toy edəcək. Bu haqda Aynur "Öz aramızda" proqramında danışıb. O bildirib ki, nişan gələn ilin aprelində planlaşdırılır:

"O mənim böyük qızımdır. Ailələrimiz bir-birini tanıyıb, bəyənib. Gözəl, alicənab insanlardır. Onun ailə qurmasına qarışmaram. Hansı zəmanədə yaşayırıq? Gənclər özləri bir-birini bəyənib, seçib. Qızımın 19 yaşı tamam olub, 20 yaşa keçib".

Qeyd edək ki, Aynurun 2 övladı var. İfaçının bacısı bir müddət əvvəl xərçəngdən dünyasını dəyişib. (Axşam.az)

Milli.Az