Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi təsdiqlənib

17 Oktyabr 2025 18:32

"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiya haqqında Əsasnamə" və "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi" təsdiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az