Deputatlığa namizəd canlı yayımda öldü - ANBAAN VİDEO

17 Oktyabr 2025 18:00

Argentinalı deputat namizədi canlı yayımda vəfat edib.

Milli.Az xəbər verir ki, Argentinada seçkilərə az qalmış faciəvi hadisə baş verib. Radikal Vətəndaş İttifaqı (UCR) partiyasının parlament namizədi Hernan Damiani canlı efir zamanı ürək tutması keçirərək dünyasını dəyişib.

Hadisə Misiones əyalətində yayımlanan proqramın açılışında baş verib. 66 yaşlı Damiani efir zamanı qəfil huşunu itirərək yerə yıxılıb. Studiyada olan keçmiş səhiyyə naziri Dr. Valter Villalba dərhal ürək masajı edib, lakin vəziyyəti xilas etmək mümkün olmayıb.

Namizəd Ramón Madariaga xəstəxanasına aparılsa da, həkimlərin bütün səylərinə baxmayaraq vəfat edib.

Fidan
Milli.Az