Azərbaycan 2025-ci ildə 2024-ün eyni dövrü ilə müqayisədə 31 faiz daha çox meyvə və tərəvəz ixrac edib.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan dəyəri 602 056.01 min dollar olan 573 895.45 ton meyvə və tərəvəz ixrac edib.
Ötən ilin həmin dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracı 134 756.69 ton və ya təxminən 30.7%, dəyər baxımından isə 143 289.2 min dollar və ya 31.2% artım göstərib.
2024-cü ilin yanvar-sentyabrında ixrac həcmi 439 138.76 ton, dəyəri isə 458 766.81 min dollar olub.
Asya
Milli.Az