Məhkəmə Hannibal Qəddafi barədə qərar verdi

17 Oktyabr 2025 18:15

Livanın Ədliyyə Şurasının müstəntiq hakimi Zaher Hamadeh cümə günü mərhum Liviya lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin 11 milyon dollar girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Milli.Az xəbər verir ki, bu barədə məhbusun vəkili "L'Orient-Le Jour" nəşrinə məlumat verib.

Qəddafinin müdafiə komandasının koordinatoru İnes Harrak bildirib ki, girov məbləğinin azaldılması üçün müraciət ediləcək:

"O, 10 ilini həbsxanada keçirib. Bu, kifayət qədər cəza deyilmi?"

Harrak həmçinin qeyd edib ki, Qəddafi beynəlxalq sanksiyalar altındadır və üç övladından - ikisi azyaşlı - uzaqda qalır, bu səbəbdən belə böyük məbləği ödəmək onun üçün real görünmür.

Milli.Az