Madaqaskarın yeni prezidenti o oldu

17 Oktyabr 2025 14:47

Polkovnik Maykl Randrianirina hərbi çevrilişdən sonra Madaqaskarın yeni prezidenti kimi and içib.

Milli.Az xəbər verir ki , prezident Andry Rajoelina bazar günü hökumət əleyhinə geniş etirazlar fonunda həyatından qorxaraq ölkədən qaçmağa məcbur olub. Ardınca ordu hakimiyyəti ələ keçirib və polkovnik Randrianirina cümə günü ölkənin Ali Konstitusiya Məhkəməsində keçirilən mərasimdə yeni prezident vəzifəsini icra etməyə başlayıb.

Birləşmiş Millətlər Təşkilatı isə ordu tərəfindən hakimiyyətin ələ keçirilməsini konstitusiyaya zidd hökumət dəyişikliyi kimi pisləyib.

Milli.Az