Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı ulduz Kriştianu Ronaldu 2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı hücumçu cari ildə ümumilikdə 280 milyon dollar qazanıb. Bunun 50 milyon dollarlıq hissəsi əlavə gəlirlər - sponsorluq və reklam müqavilələrindən əldə edilib.
İkinci pillədə "İnter Mayami"nin argentinalı forvardı Lionel Messi qərarlaşıb. O, 130 milyon dollar (60 milyon maaş və 70 milyon kənar gəlir) əldə edib.
Üçüncü yerdə isə Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun fransalı hücumçusu Kərim Benzema yer alıb. Onun illik qazancı 104 milyon dolla təşkil edir - bunun 100 milyonu məvacib, 4 milyonu isə əlavə gəlirdir.
"Forbes"in reytinqinə əsasən, ilk "onluq"da həmçinin bu futbolçular yer alıb:
Kilian Mbappe ("Real Madrid") - 95 milyon dollar (70+25)
Erlinq Holann ("Mançester Siti") - 80 milyon dollar (60+20)
Vinisius Junior ("Real Madrid") - 60 milyon dollar (40+20)
Məhəmməd Salah ("Liverpul") - 55 milyon dollar (35+20)
Sadio Mane ("Əl-Nəsr") - 54 milyon dollar (50+4)
Cud Bellingem ("Real Madrid") - 44 milyon dollar (29+15)
Lamin Yamal ("Barselona") - 43 milyon dollar (33+10)
Beləliklə, Kriştianu Ronaldu bir daha dünya futbolunun maliyyə lideri adını qoruyub saxlayıb.
Hüseyn
Milli.Az