Oktyabrın 17-nə keçən gecə Günəşdə daha əvvəl müşahidə olunmuş M güc sinfinə aid iki partlayış baş verib.
Milli.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Oktyabrın 17-də Moskva vaxtı ilə saat 02:19-da (Bakı vaxtı ilə 3:19-da - red.) 4246-cı (N23W67) Günəş ləkələri qrupunda rentgen diapazonunda 16 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 04:28-də (Bakı vaxtı ilə 05:28 - red.) 4246 (N23W67) günəş ləkələri qrupunda rentgen diapazonunda 25 dəqiqə davam edən M1.5 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, oktyabrın 16-da eyni günəş ləkəsi qrupundan beş güclü partlayış baş vermişdi.
Milli.Az