Dünyanın ən uzunömürlü insanları burada yaşayır - Sirri nədir? - FOTO

17 Oktyabr 2025 14:01

Mavi zonalar - Okinava (Yaponiya), Sardiniya (İtaliya), Nikoya yarımadası (Kosta Rika), İkariya (Yunanıstan) və Loma Linda (Kaliforniya, ABŞ) - dünyanın ən uzunömürlü insanların yaşadığı məkanlardır.

Milil.Az xəbər verir ki, Kaliforniya Universitetinin qidalanma professoru İsmət Tamer bildirir ki, bu bölgələrdə insanlar orta hesabla daha uzun və sağlam ömür sürürlər.

Tədqiqatlara görə, genetik faktorlar ömrün yalnız 20-25 faizini müəyyən edir. Qalan hissə isə həyat tərzi, qidalanma vərdişləri və ətraf mühitlə bağlıdır. Yəni uzunömürlülüyün açarı gündəlik seçimlərimizdə gizlidir.

Okinavada məşhur olan "hara hachi bu" prinsipi - yəni "mədənin 80 faizi dolana qədər yemək" - insanların həm bədən çəkisini, həm də hüceyrə yaşlanmasını idarə etməyə kömək edir. Bu qayda bioloji saatı yavaşladır və enerjini balansda saxlayır.

Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma, sosial əlaqələr və məqsəd hissi - uzunömürlülüyün üç əsas dayağıdır.

Milli.Az