Rusiyada güclü zəlzələ oldu

17 Oktyabr 2025 09:40

Rusiyanın Saxalin vilayətinə daxil olan Kuril adaları sahillərində 5,2 maqnitudalı zəlzələ baş verib.

Milli.Az-ın məlumatına görə, bu barədə "Yujno-Saxalinsk" seysmostansiyası məlumat yayıb.

Zəlzələnin ocağı yer səthindən 23 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Şimal-Kurilsk şəhərindən təxminən 120 kilometr cənub-şərqdə qeydə alınıb.

Fidan
Milli.Az