"Lazım gəlsə, onu məcbur başa salaram"

17 Oktyabr 2025 08:08

"Lazım olanda yumruğumla stola möhkəm vurmağım var. Özümü qorumağı və müadafiə etməyi bacarıram. Bunu zaman tələb edir".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Qonaqcanlı" verilişində deyib. Müğənni efirdə qalmaqal yaşamağı sevmədiyini deyib:

"Çalışıram ki, heç kimlə mübahisəm olmasın. Olsa belə onu efirdən kənarda özü ilə həll edirəm. Çox yaxşı bacarıram bunu, əlimdən gəlir. Bir problemim varsa, niyə onu verilişdə həll edim? Təkbətək edərəm. Bunun üçün telefon var. Evinə gedərəm və ya evimə gələr. Danışa-danışa başa salaram. Anlamaz, məcbur başa salaram (gülür)". (Axşam.az)

Milli.Az