“Ad günü” filminin aktyorları 48 ildən sonra bir arada - FOTO

16 Oktyabr 2025 20:34

"Ad günü" filminin qəhrəmanları 48 ildən sonra bir araya gəliblər.

Milli.Az xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov Azərbaycan Dövlət mükafatı laureatı, "Ad günü" filmindən tamaşaçılara yaxşı tanış olan David Uplisaşvili ilə Tbilisidə "Şükriyyə" tamaşasından sonra görüşüb. 

H.İsmayılov gürcü həmkarına "Teatr xadimi" medalını və "Ad günü" filmində çəkildikləri kadrdan rəsm əsərini təqdim edib.

Qeyd edək ki, okyabrın 14-də Akademik Milli Dram Teatrının "Şükriyyə" tamaşası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şota Rustaveli adına Gürcüstan Milli Teatrında böyük uğurla nümayiş olunub. 

"Ad günü" filmi 1977-ci ildə çəkilib, rejissoru Xalq artisti Rasim Ocaqov, ssenari müəllifi isə Xalq yazıçısı Rüstəm İbrahimbəyovdur. 

Milli.Az