Oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Milli.Az xəbər verir ki, bu barədə Tovuz rayon prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
------------
18:13
Xəbər verdiyimiz kimi, Səbuhi Hacızadə bu gün Tovuzda həyat yoldaşı Mətanət Hacızadəni qətlə yetirdiyi haqda paylaşım edib daha sonra yoxa çıxmışdı.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 32 yaşlı Səbuhi Hacızadənin meyiti kənd ərazisindəki ağacadan asılı halda tapılıb.
Xatırladaq ki, hadisədən sonra S.Hacızadə paylaşdığı videoda arvadını öldürdüyünü etiraf edib və öz həyatına da son qoyacağını demişdi.
Milli.Az