Bu gün Azərbaycanın beş idmançısı Olimpiadada mübarizəyə qoşulur
30 İyul 2012 12:27
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, onaltıdabir final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Rüstəm Orucov (73 kq) Cənubi Afrika Respublikasının idmançısı Qideon van Zillə, səkkizdəbir final mərhələsindəyarışacaq Kifayət Qasımova (57 kq)isəKaori Maçumito (Yaponiya) - Vesna Cukiç (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaqdır.
Yarışda onaltıdabir final mərhələsində mübarizə aparacaq boksçularımızın ilk rəqibləri müəyyənləşmişdir. Belə ki, Elvin Məmişzadə (52 kq) monqolustanlı Tuqstsoqt Nyambayar ilə, Vətən Hüseynli (81 kq) isə Ekvador idmançısı Karlos Merkado ilə üz-üzə gələcəklər.
Digər idmançımız - ağır atlet Boyanka Kostova (58 kq) da birincilik uğrunda yarışacaqdır.
İkinci yarış günündən sonra qazanılan medalların sayına görə Çin vahid liderliyi ələ alıb. Medal sayına görə bu ölkəni ABŞ və İtaliya izləyirlər. Azərbaycan ağır atleti Valentin Xristovun (56 kq) qazandığı bürünc medal sayəsində yığmamız hazırda 22-ci pillədədir.
"London-2012"nin təfsilatları burada.
Milli.Az